Xəstə hüquqları
1. Xidmətlərdən İstifadə etmə Hüququ
Xəstəxanamıza müraciət edən hər fərd, dil, din, irq və ya məzhəb ayrı-seçkiliyi edilmədən bütün xidmətlərdən istifadə etmə hüququna malikdir.
Xəstələrimiz xəstəxanamızın təqdim etdiyi diaqnoz və müalicə imkanları və bu xidmətləri necə ala biləcəyi mövzusunda məlumatlandırılma hüququna malikdir.
2. Məlumatlandırılma və Təsdiq Hüququ
Xəstələrimiz özləri və ya qanuni nümayəndələri vasitəsi ilə təklif edilən tibbi cəhdləri və hər bir cəhdin potensial risk və ya faydalarını, təklif edilən cəhdlərin alternativlərini, müalicəsiz qalmanın nəticəsini və meydana çıxacaq olan müddəti ehtiva edəcək şəkildə sağlamlıq vəziyyətləri mövzusunda başa düşə biləcəyi dil və üsulla tam məlumat alma hüququna malikdir.
Xəstələrimiz tələbini yazılı olaraq bildirdikləri təqdirdə bütün tibbi qeyd əməliyyatlarının yazılı bir kopiyasını alma hüquqları vardır.
Xəstələrimizin məlumatlandırılma və təsdiqi tibbi və qanuni zərurətlər xaricində, xəstəliyi ilə əlaqədar ciddi tərs təsir riski, ölüm riski, sağlamlığına qovuşma dövrü ilə əlaqədar problemlər, müvəffəqiyyət şansı kimi mövzularda məlumatlandırılması edildikdən sonra tətbiq olunacaq müalicəyə qərar vermə hüququna malikdir. Xəstəmiz bu hüququndan istifadə etdiyi vəziyyətdə ediləcək əməliyyatlara təsdiq verdiyini qəbul etmiş sayılar. Xəstələrimiz ağrının doğru qiymətləndirilməsi və müalicəsi mövzusunda məlumat alma hüququna malikdir. Xəstələrimizin və ailələrinin orqan və digər toxumaları bağışlamağı necə seçəcəkləri mövzusunda məlumat alma hüquqları vardır.
Xəstələrimizin, xəstəxanada icra edilən klinika tədqiqatları və təcrübələrə necə iştirak edə biləcəkləri mövzusunda xəbərdar edilmə, iştirak etməyi qəbul edən xəstələrimizin də necə qorunacaqları mövzusunda özlərinin və ailələrinin məlumat alma hüququ vardır. Xəstələrimiz xəstəxana missiyası haqqında açıqca məlumat alma hüququna malikdir.
3.Personalı Tanıma Seçmə və Qiymətləndirmə Hüququ:
Xəstələrimiz öz müalicələrindən məsul həkim, tibb bacısı və digər sağlamlıq personalının şəxsiyyətlərini, vəzifə və ünvanlarını bilmə, seçmə və dəyişdirmə hüququna malikdir.
4.Təşkilatı Seçmə və Qiymətləndirmə Hüququ:
Xəstələrimiz tabe olduğu kodeksin nəzərdə tutduğu üsul və tələblərə uyğun gəlməsi qeydi ilə sağlamlıq təşkilat və qürumunu seçmə və dəyişdirmə hüququna malikdir.
5.Müalicəni Rədd etmə və Dayandırma Hüququ:
Qanuni olaraq zəruri hallar xaricində və meydana gələ biləcək mənfi nəticələrin məsuliyyəti xəstəyə aid olmaqla, xəstə özünə tətbiq olunması planlaşdırılan və ya tətbiq olunmaqda olan müalicəni rədd etmə və ya dayandırmasını istəmək hüququna malikdir.
6. Məhrəmlik Gizlilik Haqqı
Xəstələrimizin bütün müalicə müddətində məhrəmliyə uyğun bir mühitdə xidmət alma hüququ vardır. Xəstəxanamıza müraciət edən bütün fərdlərin sağlamlıq vəziyyəti, tibbi vəziyyəti və özünə məxsus bütün məlumatlar ölümündən sonra belə gizli qalacaq şəkildə qorunar. Xəstəyə aid bu məlumatlar xəstənin açıq icazəsi və ya məhkəmənin qəti istəyi üzərinə açıqlana bilər.
7.Hörmət Göstərmə Haqqı
Xəstələrimiz hər vaxt və hər cür şəraitdə fərdi etibarları qorunaraq hörmətli, şəfqətli və gülər üzlü bir mühitdə tədqiqlərini etdirmək və müalicə olunmaq hüququna malikdir.
8.Konsultasiya (İkinci Görüş) İstəmək Hüququ
Xəstələrimiz diaqnoz və müalicələri mövzusunda konsultant həkim çağırma hüququna malikdirlər. Konsultant həkim müalicəsini təklif edər ancaq xəstənin birinci həkimi əməliyyata təsdiq verər.
9.Dini Öhdəçilikləri Yerinə Gətirə bilmə Hüququ
Xəstələrimiz dini fərqliliyə əhəmiyyət verilmədən və müalicəyə mane olmadığı müddətcə dini öhdəçiliklərini sərbəstcə yerinə yetirmə hüququna malikdir.
10.Təhlükəsizlik Hüququ
Hamının sağlamlıq təşkilatında təhlükəsizlik içində olmağı gözləmək və bunu istəmək hüququ vardır. Xəstələrin, ziyarətçi və müşayiətçi kimi yaxınlarının can və mal təhlükəsizliklərinin qorunması və təmin edilməsi üçün lazımi tədbirlər xəstəxanamız tərəfindən alınır.
Xəstəxanamızda uşaqlar, üzrlü fərdlər və yaşlılar (tək, qulluğa möhtac, müşayiətçisi olmayan) üçün uyğun qoruma tədbirləri alınmışdır.
11.Müşayiətçi və Ziyarətçi Saxlama Hüququ
Xəstələrimiz, xəstəxanamız tərəfindən təyin olunan üsul və əsaslara uyğun şəkildə ziyarətçi qəbul etmək və müşayiətçi saxlama hüququna malikdir.
12.Şikayət Görüş və Təklif Bildirmə Hüququ
Xəstə və xəstə ailəsi xəstə hüquqlarının pozuntusu hallarında xəstəxanamızda şikayət mexanizminin başladılması, nəzərdən keçirilməsi, nəticələndirilməsi və nəticəsindən xəbərdar edilməsi hüququna malikdir.
13.Sağlamlıq Təşkilatı Qayda və Tətbiqləri
Xəstələrimiz özlərinə tətbiq olunacaq xəstəxana qayda və tətbiqləri mövzusunda məlumat əldə etmə hüququna malikdir.
14.Tədqiq və Müalicə Əlamətləri
Xəstələrimiz müalicədən əvvəl, müalicə xidmət əvəzlərini öyrənmə və daha sonra aldıqları xidmət qarşılığında ödədiyi əvəzlərin açıq və detallı fakturasını istəmək və almaq hüququna malikdir.
xəstə vəzifələri
1.Məlumat Vermə
Tibbi xidmət verməklə vəzifəli həkim və tibb bacılarının sağlamlıq vəziyyətiylə əlaqədar tam və doğru məlumat vermək.
2.Təkliflərə Uyma
Xəstəmiz müalicəsindən məsul həkim tərəfindən təklif edilən müalicə planına uyğun gəlməklə və həkimin təlimatları istiqamətində əlaqədar sağlamlıq personalının baxım planının yerinə yetirməsini qəbul etməklə də məsuldur.
3.Planlaşdırılan Müalicəni Rədd Etmə
Xəstəmiz həkimi tərəfindən planlaşdırılan müalicəni rədd doğulacaq nəticələrdən öz məsuldur.
4.Sağlamlıq Quruluşu Qaydalarına Uyma
Xəstələrimiz və səhiyyə kuruluşumuzun qayda və tətbiqlərinə uymaq ilə cavabdehdir.
5.Hörmət Gösterme
Xəstələrimiz və səhiyyə quruluşu içersinde olan xəstə və yaxınlarını təhlükəyə soxan gürültü, qonaqlar, duman kimi narahatlıq verici vəziyyətlərdə xəstəxananın alacağı tədbir və qaydalara uyğun davranmaqla məsuliyyət daşıyır.
6. İnfeksiya Kontrol
Xəstə və yaxınlarımız infeksiya xəstəliklərinin yayılmaması üçün özlərinə təklif edilən bütün tədbirlər mövzusunda həssas davranmaq ilə məsuliyyət daşıyır.
7. Ödəmə məsuliyyəti
Xəstələrimiz tədqiq və müalicə xərclərini ödəmək ilə məsuliyyət daşıyır. Dəmirbaş və sərf materiallarına qəsdli olaraq zərər verən xəstə və yaxınlarımızın bunu ödəmə sorumluğu vardır.
8. Xəstə ziyarətçisi
Xəstələrimizin eyni anda mümkün olduğunca az ziyarətçi qəbul etməsi, ziyarətçilərin yemək, içki yetirməməsi, başqa xəstələrə aid əşyaları istifadə etməməsi, xəstəxana ziyarət saatlarına uyğun gəlməsi məsuliyyəti vardır.